MM sədrinin I müavini: “Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi Rusiyadan asılıdır”

MM sədrinin I müavini: “Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi Rusiyadan asılıdır” "Spiker Oqtay Əsədov Narışkinin qarşısında bu məsələni qaldırmışdı"
Xarici siyasət
24 Fevral , 2015 13:53
MM sədrinin I müavini: “Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi Rusiyadan asılıdır”

Bakı. 24 fevral. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında deputat Yevda Abramov Böyük Vətən Müharibəsində göstəricilən şücaətə görə Bakıya “Qəhrəman şəhər” statusunun verilməsini təklif edib. “Report” xəbər verir ki, MM sədrinin I müavini Ziyafət Əsgərov deputatın bu təklifini yüksək qiymətləndirib.

Z.Əsgərov deyib ki, əslində, Böyük Vətən Müharibəsinin qalibiyyətlə başa çatmasında Bakı neftçilərinin rolu böyük olub: “Təəssüf ki, Mixail Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 Yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdi. Bir faktı da qeyd edim ki, uzun müddət əvvəl spiker Oqtay Əsədov Narışkinin qarşısında bu məsələni qaldırmışdı. Hər halda bu məsələnin həlli Rusiyadan asılıdır. Yəni, bu məsələ kifayət qədər müzakirəyə çıxarılıb”.

Son xəbərlər

Orphus sistemi