Bakıda xeyriyyə tədbirində Argentina mədəniyyəti təqdim olunub

Bakıda xeyriyyə tədbirində Argentina mədəniyyəti təqdim olunub Argentinanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda xeyriyyə tədbirinə qatılıblar. Tədbirdə Argentina mədəniyyəti, mətbəxi təqdim olunub.
Xarici siyasət
4 İyun , 2023 17:47
Bakıda xeyriyyə tədbirində Argentina mədəniyyəti təqdim olunub

Argentinanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda xeyriyyə tədbirinə qatılıblar. Tədbirdə Argentina mədəniyyəti, mətbəxi təqdim olunub.

“Report” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

“Bu cümə BSB-də (“British School in Baku”) "İnternational Baazar" adı altında keçirilən xeyriyyə tədbirində iştirak etdik. Aztəminatlı qadınlara yardım məqsədi daşıyan tədbirdə biz də ölkəmizi təmsil edərək tariximizi, coğrafiyamızı, mədəniyyətimizi əks etdirən kitabları, suvenirləri sərgiləməklə yanaşı milli mətbəximizə aid təamları da iştirakçılara təqdim etdik”, - səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi