Bakıda Roma Papasından Qafqazda sülh üçün dua etməsi xahiş olunub

Bakıda Roma Papasından Qafqazda sülh üçün dua etməsi xahiş olunub Müraciət Azərbaycan Apostol perfekturasının ordinarı tərəfindən oxunub
Xarici siyasət
2 Oktyabr , 2016 14:49
Bakıda Roma Papasından Qafqazda sülh üçün dua etməsi xahiş olunub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Apostol perfekturasına rahiblik edən və inanan dindarlar Bakıda səfərdə olan Roma Papası Fransiskdən Qafqaz regionunda sülh və əmin-amalıq üçün dua etməsini xahiş ediblər.

"Report" xəbər verir ki, papaya müraciəti Roma-Katolik Kilsəsinin Azərbaycandakı Apostol perfekturasının ordinarı Vladmir Feteke oxuyub.

"Hörmətli Fransisk ata! Sizin səfərinizin mərhəmət gününün yubiley ilində baş tutması bizim üçün çox mühümdür… Dindarlar, keşişlər və Azərbaycan Apostol perfekturası rahiblərinin adından aramızda olmağınıza, moizə zamanı bizi ruhlandıran dəstəkverici sözlərinizə və tam olaraq ilahi aləmə həsr olunmuş nümunəvi həyatınıza görə sevincimizi və sizə minnətdarlığımızı ifadə etmək istərdim. Sizdən bizimlə Qafqazda sülh və barışıq üçün dualarınızı davam etdirməyi xahiş edirik", — deyə Fekete bildirib.

Roma Papası minnətdarlığa görə razılığını bildirib və insanlara xidməti davam etdirməyi məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi