Bakıda "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilir

Bakıda "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilir Konfransda Türkiyə, Qazaxıstan, Macarıstan və digər ölkələrin beyin mərkəzlərinin rəhbərləri iştirak edir
Xarici siyasət
103
7 Oktyabr , 2016 10:16
Bakıda Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər mövzusunda konfrans keçirilir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilir.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən SAM direktoru Fərhad Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb.

Sonra Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov çıxış edərək Azərbaycanın müstəqillik əldə etməsinin əhəmiyyətindən və ölkənin geridə qalmış bu müddətdə keçdiyi yoldan danışıb.

Qeyd edək ki, konfransda Türkiyə, Qazaxıstan, Macarıstan və digər ölkələrin beyin mərkəzlərinin rəhbərləri, eləcə də Azərbaycanda qeydiyyatdan keçmiş xarici ölkələrin səfirləri iştirak edir.

Birgünlük konfrans işini "Qlobal arenada Azərbaycan: nailiyyətlər və çağırışlar", "Azərbaycan yol ayrıcında: regional miqyas" mövzularında müzakirələrin aparılmasıyla davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi