Qırğız Respublikasının müstəqilliyinin 30 illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində 2 ölkənin milli bayraqlarının qaldırılması mərasimi keçirilib.
Bu barədə “Report”a səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Qırğız Respublikasının mətbuatını təmsil edən nümayəndə heyəti, diaspor fəalları və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səfir Kayrat Osmonaliyev Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətlərin vəziyyəti və cari dinamikası, həmçinin ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması ilə bağlı əldə olunmuş razılaşmaların icrası barədə məlumat verib.
Tədbir zamanı “Mərkəzi Asiya – Cənubi Qafqaz” (5+3) regionlararası platformasının inkişaf planlarına xüsusi yer ayrılıb.