Bakıda Qətərin milli bayramı qeyd olunub

Bakıda Qətərin milli bayramı qeyd olunub Bakı. 17 dekabr. REPORT.AZ/ Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil edilib.
Xarici siyasət
17 Dekabr , 2018 20:51
Bakıda Qətərin milli bayramı qeyd olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil edilib.

“Report” xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Xalid Məhəmməd əl-Məlki Azərbaycanla Qətər arasında möhkəm dostluq əlaqələrinin bərqərar olduğunu diqqətə çatdırıb.

“Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edir, xalqın sabit və təhlükəsizlik yaşaması üçün şərait yaranır”, - deyən qətərli diplomat bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun da xeyli artdığını vurğulayıb.

Tədbirdə iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin milli bayramı münasibətilə təbriklərini çatdıraraq iki ölkə arasında dostluq münasibətlərinin yarandığını, beynəlxalq müstəvidə bir-birilərini dəstəklədiklərini qeyd edib, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə Qətər dövlətinə təşəkkür edib.

“Azərbaycanla Qətər arasında əməkdaşlıq bir sıra sahələrdə sürətlə inkişaf edir” - deyən nazir ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyətinin burada böyük rolunu da qeyd edib.

Son xəbərlər

Orphus sistemi