Azərbaycan Dillər Universitetində (ADU) “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalq konfrans başlayıb.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edir.
"Konfransın mövzusu çox önəmlidir. Yəhudilərin əsrlər boyu çəkdiyi iztirablara baxmayaraq, onlar öz keçmişlərini unutmayaraq mədəniyyətlərini qoruyub saxlayıblar. Bu gününü və gələcəyini onun əsasında qururlar”, - konfransın açılışında ADU-nun rektoru Kamal Abdulla bildirib.
Onun sözlərinə görə, Azərbaycan-İsrail münasibətlərində yeni səhifə açılıb.
“Yəhudi irsi mövzusuna toxunmaqla biz həm də Azərbaycan mədəniyyətindən danışırıq, çünki ölkəmizdə digər xalqlar və millətlərlə yanaşı yəhudilər də yaşayır”, - o əlavə edib.