Sentyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə Bakıda "Qəmər Adaları İttifaqının Mayot Adasının Fransa Tərəfindən Qeyri-Qanuni İşğalı" mövzusunda beynəlxalq konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbirin sonunda Yekun Bəyanat qəbul edilib.
Bəyanatda deyilir:
"Konfrans iştirakçıları olaraq tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna, mehriban və dost qonaqpərvərliyinə görə Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk.
Fransa tərəfindən qanunsuz olaraq işğal edilmiş Qəmərin Mayot adasına həsr olunmuş tədbir bütün maraqlı tərəflərə Fransa hökumətinin müstəmləkə siyasəti barədə fikir mübadiləsi aparmağa imkan verdi.
Tarixi Kontekst :
6 iyul 1975-ci ildə Qəmər Adaları müstəqilliyini elan etdi. Bundan əvvəl isə 1974-cü ildə Qəmərin müstəqilliyini qəti şəkildə dəstəkləyən bütün Qəmər Adaları ərazisində (Mayot da daxil olmaqla) referendum keçirildi.
Yeni Qəmər Dövləti 12 noyabr 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 3385 (XXX) saylı qətnaməsi ilə Anjuan, Grand Comor, Mayot və Moheli adalarından ibarət Qəmər Dövlətinin birliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin labüdlüyünü təsdiqləyən qətnamə ilə BMT-yə yekdilliklə qəbul edildi.
1974-cü ildə Qəmər xalqının ifadə etdiyi iradəyə baxmayaraq, Fransa Mayot üçün növbəti bir səsvermə keçirməkdə israr etdi və 1976-cı ildə 3385 (XXX) saylı qətnamənin əksinə olaraq bu adada qanunsuz bir referendum keçirdi. Bu məsələ Qəmər Dövlətinin başçısı tərəfindən BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırıldı və 6 fevral 1976-cı ildə Təhlükəsizlik Şurası "belə bir referendumun keçirilməsinin Qəmərin daxili işlərinə müdaxilədir" və "Fransanı Mayotda referendumdan imtina etməyə tələb edən" bir qətnamə layihəsini (S/11967) nəzərdən keçirmək üçün toplandı. Fransa qətnamə layihəsinə veto qoydu və öz müstəmləkəçi siyasətini davam etdirdi. Nəticədə Mayotun Fransa tərəfindən qeyri-qanuni işğalı baş tutdu.
Qəmər Dövlətinin Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı ilə bağlı qanuni tələblərinin əsassız sayılması üçün Fransa Hökumətinin strategiyası, digər sözlə Mayot-un məqsədyönlü şəkildə Fransızlaşdırılması :
- Mayotda şirkətlərə fransız mənşəli rəhbər heyətin təyin edilməsi;
- Yarım əsrdən çox hərəkətsizlikdən sonra rekord müddət ərzində Mayotda əsas infrastrukturun əhəmiyyətli dərəcədə inkişafı;
- Fransa qanunvericiliyinin vətəndaşlıq, din, torpaq mülkiyyəti və digər sahələrdə tətbiq edilməsi;
- Çoxşaxəli sosial fəsadlara səbəb olmuş və soyğunçuluğu tamamlamış Qəmərin Mayot adasının Fransanın Departamentinə çevrilməsi;
- Fransızların Mayota kütləvi köç etməsi. Halbuki paradoksal olaraq Mayot adasının sakinləri Reünyon və Fransaya miqrasiya etməyə təşviq edilir;
- Qəmərin Mayot adasının faktiki işğalının Qəmər Dövləti tərəfindən qəbul edilməsi üçün dözülməz təzyiqin edilməsi;
Bu baxımdan əməkdaşlıq Qəmərlərin üzərində dəyənək kimi yellənir:
- Regional əməkdaşlıq çərçivəsində Mayota nəyin bahasına olursa olsun Reünyon kimi yanaşmaq lazımdır;
- Qəmərin müstəqil bir hissəsindən gələn qəmərlilərin Mayotda immiqrant kimi qəbul edilməsi ;
- Fransanın Baş naziri Eduard Balladür tərəfindən tətbiq olunan cinayət vizasının qorunması və s.
- Bir tərəfdən Mayotun Qəmər adası olduğuna tamamilə məhəl qoymayan, digər tərəfdən isə "xalqların öz müqəddəratını təyinetmə hüququ" prinsipinin mahiyyətini dəyişən və ümumiyyətlə sərhədlərin toxunulmazlığı prinsipinə məhəl qoymayan nəşrlər (coğrafi xəritə, rəsmi gündəliklər və s.) vasitəsilə beynəlxalq kommunikasiya kampaniyasının aparılması;
- Hökumətlərarası müqavilələr imzalayaraq Mayotun fransız statusunu möhkəmləndirmək cəhdlərinin edilməsi;
- Fransanın regional qurumlarda təmsil olunmasına imkan vermək məqsədilə Mayot departamentinin nümayəndələrinin (Qəmər əsilli) Afrikadakı səfirliklərində "diplomat" statusu ilə yerləşdirilməsi: Hind Okeanı Komissiyası, SADEC, COMESA, EASF, EAC və başqaları.
Qeyd edilənlər son siyahı deyil!
Beynəlxalq ictimaiyyətin reaksiyası:
Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı Fransanın Mayotda mövcud olmasının Qəmər İttifaqının milli birliyinin, ərazi bütövlüyünün, suverenliyinin pozulması olduğunu qətiyyətlə vurğulayan çoxsaylı qətnamələrlə aydın və birmənalı şəkildə pisləyiblər.
Yuxarıda qeyd olunanlarla əlaqədar,
- Kwassa-kwassalarda dənizi keçmə nəticəsində həlak olan 30 000 nəfəri yad edirik və yaxınlarını itirmiş bütün ailələrə başsağlığı ifadə edirik. "Dünyanın ən böyük dəniz qəbiristanlığı" "Balladur cinayət vizası"nın nəticəsidir.
- Milli kimliklərini və mədəniyyətlərini qoruyaraq Fransanın Mayotda tətbiq etdiyi mədəni irsin itirilməsi siyasətinə müqavimət göstərən Mayotdakı bütün qardaş və bacılara ehtiramımızı ifadə edirik.
- Biz Qəmərin Mayot adasında "WUAMBUSHU" adlı əməliyyatın həyata keçirilməsini bir daha qətiyyətlə pisləyirik. Deportasiya edilmişlər öz ata-baba torpaqlarının sakinləridir.
- Fransanın Qəmərin Mayot adasındakı müstəmləkəçiliyini pisləyirik və bütün regional və alt-regional təşkilatları, vətənpərvər suveren-Pan-Afrika hərəkatlarını Fransanın müstəmləkə siyasətini şiddətlə qınamağa çağırırıq.
- Biz Fransa hökumətindən Qəmər İttifaqının suverenliyinə hörmət etməyi və onun ayrılmaz hissəsi olan Mayot adasını dərhal azad etməyi tələb edirik.
- Biz Birləşmiş Millətlər Təşkilatının Baş katibi, Afrika İttifaqının Prezidenti, İslam Konfransı Təşkilatının Baş katibi, Ərəb Liqasının Baş katibi, Avropa İttifaqı Komissiyasının Sədri və Qoşulmama Hərəkatının Sədrini Qəmərin Mayot adası ilə bağlı beynəlxalq konfrans təşkil etməyə çağırırıq. Fransa tərəfindən Mayotun qanunsuz işğalına son qoymaq məqsədi ilə Afrika İttifaqının 7-ci Komitənin fəaliyyətini bərpa etməyə və yuxarıda göstərilən digər təşkilatlar daxilində Qəmərin dost qruplarının yaradılmasına çağırırıq".
Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Yekun Bəyanat qəbul edilib.
"Report" xəbər verir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən konfransda Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri, “Maore Komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə Kollektiv” təşkilatları işitrak edib.
Həmçinin Mayot adasının təmsilçiləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, habelə səfirlər, Beynəlxalq təşkilatların nümayəndələri, professorlar, ekspertlər, Beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri də olub.
Konfrans zamanı Mayotun işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr, Fransanın bu qətnamələrə əməl etməməsi və Qəmər Adaları İttifaqının beynəlxalq səviyyədə ərazisi kimi tanınan Mayot adasını azad etməmək üçün istifadə etdiyi qeyri-qanuni fəaliyyətlər haqqında geniş fikir mübadiləsi aparılıb. Mayotun “referendum” vasitəsilə Fransaya birləşdirilməsi və qəmərlilərə vurulmuş ziyan, həmçinin Fransız müstəmləkəçiliyinin nəticələri barədə ətraflı məlumat verilib.
Qəmər Adalarının təmsilçiləri bildiriblər ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək məqsədli şəkildə Mayotun işğalı məsələsini lokallaşdırıb, eləcə də işğal faktının beynəlxalq təşkilatlar səviyyəsində saxlanılmasına imkan vermir, bununla bağlı bütün təşəbbüsləri bloklayıb. 1995-ci ildən bəri Fransa BMT-də Mayotun işğalı ilə bağlı qətnamələrin qəbul olunmaması ilə bağlı digər dövlətlərə təzyiq göstərir, bundan əvvəl qəbul olunmuş sənədləri icra etməkdən boyun qaçırır.
Konfrans çərçivəsində flaşmod təşkil edilərək Qəmər Adaları İttifaqının ərazi bütövlüyünə tam dəstək ifadə olunub.
Tədbirin sonunda iştirakçılar tərəfindən Yekun Bəyanat qəbul edilib. Eyni zamanda Maore Komitəsi ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Qeyd edək ki, Maore Komitəsinin əsas hədəfi Mayotu Qəmər Adaları ittifaqının tərkibinə qaytarmaqdır.