Malayziya səfiri: COP29-da Azərbaycanla birgə işləməyə hazırıq - YENİLƏNİB

Malayziya səfiri: COP29-da Azərbaycanla birgə işləməyə hazırıq - YENİLƏNİB Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir.
Xarici siyasət
9 Oktyabr , 2024 20:19
Malayziya səfiri: COP29-da Azərbaycanla birgə işləməyə hazırıq - YENİLƏNİB

Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza deyib ki, ölkələrimiz BMT, Qoșulmama Hərəkatı va İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar vasitəsilə çoxtərəfli əməkdașlığı davam etdirir.

"COP29 yaxınlaşdıqca biz ətraf mühitin qorunması üzra səylərimizin qlobal məqsədlərə uyğunluğunu təmin edərək Azərbaycan və onun iqlim fəaliyyətinə dair gündəliyi ilə birgə işləməyə sadiqik", - o bildirib.

Səfir qeyd edib ki, 1986-cı ildən Azərbaycan Malayziya Texniki Əməkdaşlıq Proqramında (MTCP) iştirak edir:

"Bu günə qədər 265 azərbaycanlı MTCP məzunu müxtəlif kurslardan faydalanıb. Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığımız sayəsində biz bu yaxınlarda bir çox azərbaycanlı bloger, və səyahət agentlari üçün Malayziyanın gözəlliyini və müxtəlifliyini nümayiş etdirən tanışlıq səfəri təşkil etdik".

O vurğulayıb ki, Malayziya 2025-ci ildə Cənub-Şərqi Asiya ÖIkələri Assosiasiyasına (ASEAN) sədrlik edəcək: "Sədr kimi hədəfimiz ASEAN-ı dialoq, diplomatiya və xoşməramlılıq yolu ilə birlik mərkəzi kimi gücləndirməkdir".

19:20

Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir.

“Report” xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza, fəxri qonaq qismində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ümumi qonaqlar arasında isə Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe, Pakistan səfiri Qasım Mohiuddin, Səudiyyə Ərəbistanının səfiri İssam bin Saleh daxil olmaqla Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.

FOTO: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi