Yuxarı

Bakıda Macarıstanın viza mərkəzi açılacaq

Səfirlik: Mərkəzin açılması vətəndaşlara viza alınması üçün sənəd qəbulu prosesini daha rahat edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda Macarıstanın viza mərkəzi açılacaq.

Macarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, mərkəzin açılışı yanvarın 22-də baş tutacaq.

Mərkəz "Dalğa Plaza" biznes mərkəzində yerləşəcək. Viza alınması üçün sənədlərin qəbulu ilə "BLS International" beynəlxalq şirkəti məşğul olacaq. Eyni zamanda, nömrə verilməsi ləğv olunacaq, istənilən şəxs sayt və ya telefon tətbiqi vasitəsilə sistemdə qeydiyyatdan keçib, sənədləri verəcəyi vaxtı müəyyənləşdirə biləcək.

Səfirlikdən bildirilib ki, viza mərkəzinin açılması Azərbaycan vətəndaşlarına Macarıstana getməkdən ötrü viza alınması üçün sənəd qəbulu prosesini daha rahat edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi