Bakıda II illik beynəlxalq ingilis dili üzrə təlim konfransı başa çatıb

Bakıda II illik beynəlxalq ingilis dili üzrə təlim konfransı başa çatıb İyunun 16-da "İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar" adlı konfransın açılışı olub.
Xarici siyasət
16 İyun , 2023 16:16
Bakıda II illik beynəlxalq ingilis dili üzrə təlim konfransı başa çatıb

İyunun 16-da "İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar" adlı konfransın açılışı olub.

"Report"un xəbərinə görə, tədbir ABŞ səfirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, ADA Universitetinin və Şimali Karolina Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda 500-dən çox azərbaycanlı orta məktəb ingilis dili müəllimləri iştirak edib.

Tədbir 2 gün davam edəcək.

"İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar" adlı konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 14 həftəlik Magistr səviyyəsində onlayn İngilis Dili Təlim Sertifikat Proqramının üçüncü buraxılışının kulminasiya nöqtəsidir. Tədbir Azərbaycanın bir sıra regionlarından olan müəllimləri bir araya gətirdi və iştirakçılar üçün pedaqoji qabaqcıl təcrübələri öyrənmək və həmyaşıd pedaqoqların peşəkar şəbəkəsini qurmaq üsullarını inkişaf etdirmək imkanı oldu. Onlar, həmçinin kommunikativ təlim metodları, sinifdə texnologiyadan istifadə, kurrikulumun hazırlanması kimi mövzuları müzakirə ediblər.

2020-2022-ci illərdə təxminən 200 azərbaycanlı ingilis dili müəllimi, bu il isə, daha 100 nəfər proqramı başa vurub. Tədbirdə Azərbaycanın orta məktəblərindən bir neçə digər ingilis dili müəllimləri də iştirak etmişlər, onların çoxu ABŞ səfirliyinin digər ingilis dili proqramlarından faydalanmışdır. ABŞ səfirliyi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə və insanların insanlarla əlaqələrinə töhfə verməklə Azərbaycanda ingilis dili proqramlaşdırmasını dəstəkləmək imkanından məmnun olduqlarını bildirib və ölkənin müəllim korpusu arasında bu peşəkar inkişaf imkanlarına olan motivasiyanı vurğulayıb. 

Açılış nitqi ilə çıxış edən Mədəniyyət məsələləri üzrə müşavir Salman Hacı proqramın məzunlarını alqışlayıb və iştirakçıların Azərbaycan məktəblərində ingilis dilinin tədrisinin yaxşılaşdırılması istiqamətində göstərdikləri səyləri yüksək qiymətləndirib.

ABŞ-nin Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu uğurlu layihəni dördüncü dəfə 2023-cü ildən 2024-cü ilə qədər davam etdirmək niyyətindədir.  Bu tərəfdaşlıq Azərbaycanda ingilis dilinin tədrisində əhəmiyyətli irəliləyişlərlə nəticələndi və Azərbaycanın bütün təhsil sektorunda ingilis dilində səlis danışıq səviyyəsini artırmaq məqsədini dəstəklədi.  ABŞ səfirliyinin bu və digər ingilisdilli proqramlarının bir neçə məzunu beynəlxalq konfranslarda, mübadilə proqramlarında uğurla iştirak edib və digər diqqətəlayiq nailiyyətlər qazanıb.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, ölkədə təhsilin inkişafına hər zaman dəstək olan bir qurum olaraq, ADA Universiteti İkinci İngilis Dili Təlim konfransına ev sahibliyi etməkdən məmnundur:

"Müəllimlərin bu təlim vasitəsilə əldə etdikləri təkmil dil bilikləri, metodologiya və tədqiqat bacarıqları onların sinif otaqlarında minlərlə şagirdə böyük təsir göstərəcək". 

Son xəbərlər

Orphus sistemi