Bakıda Hindistanın müstəqilliyinin 70 illiyinə həsr edilmiş konsert proqramı keçirilib
- 15 avqust, 2017
- 16:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 avqust. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqilliyinin 70 illiyinə həsr edilmiş konsert keçirilib.
"Report"un verdiyi xəbərə görə, tədbirin əvvəlində Azərbaycan və Hindistanın dövlət himnləri səsləndirilib.
Daha sonra çıxış edən Hindistanın Azərbaycandakı səfiri Səncay Rana bildirib ki, bu gün həmçinin Hindistanın azadlığı uğrunda mübarizənin başlanmasının 75 illiyi qeyd edilir.
Onun sözlərinə görə, Azərbaycanla Hindistan arasında əlaqələrin yeni dövrü başlayıb: "Gündən-günə bizim münasibətlər müxtəlif sahələrdə inkişaf etməkdədir. Buraya neft hasilatı, əczaçılıq, kənd təsərrüfatı və s. daxildir. Biz həmçinin siyasi və iqtisadi sahələrdə də əməkdaşlıq edirik. İnanırıq ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız uğurla inkişaf etməkdə davam edəcək".
Tədbir Hindistan incəsənət ustaları və Azərbaycanın gənc muğam ifaçısı Almaxanım Əhmədlinin çıxışları ilə davam edib.