Bakıda Gürcüstan-Azərbaycan əməkdaşlığının genişləndirilməsi müzakirə olunacaq

Bakıda Gürcüstan-Azərbaycan əməkdaşlığının genişləndirilməsi müzakirə olunacaq “Hökumət başçısı İrakli Qaribaşvili ilə birgə Azərbaycana səfər etməyimdən məmnunam”
Xarici siyasət
5 May , 2021 09:52
Bakıda Gürcüstan-Azərbaycan əməkdaşlığının genişləndirilməsi müzakirə olunacaq
David Zalkaliani

“Hökumət başçısı İrakli Qaribaşvili ilə birgə Azərbaycana səfər etməyimdən məmnunam”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb.

O, Azərbaycanda yüksək səviyyəli görüşlərdə iştirak edəcəyini və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi yolları və müxtəlif sahələrdə əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı müzakirələr aparılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi