Yuxarı

Bakıda GUAM milli koordinatorlarının iclası keçirilir

İclasda GUAM baş katibi Altay Əfəndiyev də iştirak edir

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) milli koordinatorlarının iclası keçirilir.

"Report" xəbər verir ki, iclas zamanı iştirakçılar Azərbaycanın GUAM-dakı sədrliyi çərçivəsində təşkilatın planlarını, təşkilat məkanında həll olunmamış münaqişələrin nizamlanmasını, o cümlədən Dağlıq Qarabağ münaqişəsini və bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim ediləcək qətnamənin hazırlıqlarını müzakirə edəcək.

İclasda GUAM baş katibi Altay Əfəndiyev də iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi