Bakıda “Gənclərin Xalq Diplomatiyası Sammiti-2024” keçirilib

Bakıda “Gənclərin Xalq Diplomatiyası Sammiti-2024” keçirilib Bakıda “Gənclərin Xalq Diplomatiyası – 2024” sammiti keçirilib.
Xarici siyasət
4 Mart , 2024 12:14
Bakıda “Gənclərin Xalq Diplomatiyası Sammiti-2024” keçirilib

Bakıda “Gənclərin Xalq Diplomatiyası – 2024” sammiti keçirilib.

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzindən "Report"a verilən məlumata görə, sammit Pakistanın Strategiya və Mədəni Diplomatiya Mərkəzinin (SMDM) təşkilatçılığı, İƏGF Avrasiya Regional Mərkəzi və Pakistanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə Azərbaycan Dillər Universitetində həyata keçirilib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye əsas məruzəçi qismində çıxış edərək xalq diplomatiyasının müasir dünyada oynadığı roldan bəhs edib və iştirakçılara təkliflərini verib.

İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov təmsil etdiyi qurumun bu istiqamətdə apardığı fəaliyyət haqqında məlumat verib.

Daha sonra ABŞ Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin (AmCham) təmsilçiləri Hökumə Abbasova postmüharibə dövründə Azərbaycan cəmiyyətinin diskursu, Gülnarə Aslanbəyli biznes diplomatiyasına aparan mədəni diplomatiyada gənc liderliyin rolu mövzuları üzrə mühazirələr oxuyublar.

Sammitdə 10 ölkəni təmsil edən 15-dən çox əcnəbi gənc iştirak edib.

Son xəbərlər

Orphus sistemi