Bakıda BMT Günü qeyd olunub

Bakıda BMT Günü qeyd olunub Bu gün ADA Universitetində Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə tədbir keçirilib.
Xarici siyasət
24 Oktyabr , 2019 18:45
Bakıda BMT Günü qeyd olunub

Bu gün ADA Universitetində Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbir çərçivəsində BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande tələbələr qarşısında mühazirə oxuyub.

Müasir dünyanın problemlərindən danışan natiq beynəlxalq birliyi daha gözəl gələcək naminə tərəfdaşlığa səsləyib: “Bu gün BMT-yə əvvələr heç olmadığı qədər ehtiyac var. Çünki dünya, biz hamımız münaqişələr, yoxsulluq, miqrasiya axınları, bütövlükdə etimad qıtlığı ilə üz-üzəyik”.

Xatırladaq ki, 26 iyun 1945-ci il tarixində ABŞ-ın San Fransisko şəhərində imzalanmış BMT Nizamnaməsi eyni ilin 24 oktyabr günü qüvvəyə minib. Bu sənədi imzalayan dövlətlərin əksəriyyəti, o cümlədən Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, SSRİ, Çin, Böyük Britaniya, Fransa) tərəfindən ratifikasiya olunması ilə BMT rəsmi olaraq yaranmış hesab olunur.

Ən nüfuzlu beynəlxalq təşkilat hesab edilən BMT dünyada sülh və təhlükəsizliyin təminatı, dövlətlər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bərqərar olunması naminə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi