Yuxarı
    Bağlamaq

    Azərbaycan və Türkiyənin XİN başçıları Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər - YENİLƏNİB

    Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb© Report.az

    Bakı. 19 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının dördüncü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

    "Report" xəbər verir ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrində yüksək səviyyəli inkişafdan və siyasi dialoqdan məmnunluq ifadə olunub.

    Azərbaycan-Türkiyə əməkdaşlığının regiondakı vəziyyətə sabitləşdirici təsirə malik həlledici bir faktor olduğu qeyd edilərək, bu baxımdan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, o cümlədən, onun son iclasının nəticələrinin yüksək qiymətləndirildiyi bildirilib. Həmçinin Azərbaycan taborunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əfqanıstanda Sülhyaratma missiyasında uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

    Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində geniş müzakirələr aparılıb və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb.

    Həmçinin iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib.

    Ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edildi və komissiyanın işinin daha da canlandırılmasının vacibliyi vurğulandı. Həmçinin ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafında ikitərəfli və tranzit nəqliyyat imkanlarının (dəmiryolu, su və avtomobil) inkişaf etdirilməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti qeyd edilib.

    Həmçinin TANAP layihəsinin icrasının uğurla və qrafikə uyğun olaraq davam etdiyi məmnunluqla qeyd oluub. 


    *** 11:10

    Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında təkbətək görüş başlayıb. 

    "Report" xəbər verir ki, görüş Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının Bakıda keçirilən dördüncü üçtərəfli görüşü çərçivəsində baş tutub.

    Nazirlər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, regional layihələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi