Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Strateji Dialoqun iclasının yekunlarına dair protokol imzalayıblar - YENİLƏNİB

Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Strateji Dialoqun iclasının yekunlarına dair protokol imzalayıblar - YENİLƏNİB Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə macarıstanlı həmkarı Peter Siyarto arasında görüş keçirilir.
Xarici siyasət
5 iyun 2024 09:27
Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Strateji Dialoqun iclasının yekunlarına dair protokol imzalayıblar - YENİLƏNİB

Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Ceyhun Bayramov və Peter Siyarto bu gün Bakıda keçirilən Strateji Dialoqun ikinci iclasının yekunlarına dair protokol imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Həmçinin iki ölkənin konsulluq xidmətləri arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Nazir C.Bayramov görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri, o cümlədən iqtisadiyyat, investisiya və enerji sahələrində müzakirələr aparılıb.

Qeyd edilib ki, Azərbaycan və Macarıstan enerji sektorunda güclü tərəfdaşlıq əlaqələri qurublar.

13:07

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə macarıstanlı həmkarı Peter Siyarto arasında görüş keçirilir.

"Report" xəbər verir ki, görüş P.Siyartonun Bakıya işgüzar səfəri çərçivəsində keçirilir. Xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın inkişafı, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.

Orphus sistemi