Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək

Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək Fevralın 27-də Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək.
Xarici siyasət
29 Yanvar , 2025 10:14
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək

Fevralın 27-də Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək.

Bu barədə “Report” AQEM-in mətbuat xidmətinə istinadən xəbər verir.

İclasın iştirakçıları xüsusilə sədrliyin baxışını və üzv dövlətlərin 2025-2026-cı illər üçün təşəbbüslərini müzakirə edəcəklər.

Tədbirin təşkilatçısı AQEM Katibliyinin dəstəyi ilə Azərbaycan Xarici İşlər Nazirliyidir.

İclasda AQEM-in institusional strukturunun əsas məsələləri, AQEM-in Analitik Mərkəzlər Forumunun 2025-ci il üçün iş planı, 2024-cü il üzrə illik maliyyə hesabatı və 2023-2024-cü illər üzrə xarici audit hesabatının müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, AQEM-in baş katibi Kayrat Sarıbay “Report”a müsahibəsində qeyd edib ki, 2025-ci il üçün AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına 44 tədbir daxildir. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub və AQEM-in beş əsas iş istiqamətini əhatə edir: iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü.

Son xəbərlər

Orphus sistemi