Bakıda ABŞ-ın Baş Qərargahlar rəisi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olub

Bakıda ABŞ-ın Baş Qərargahlar rəisi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olub Tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər
Xarici siyasət
16 Fevral , 2017 20:09
Bakıda ABŞ-ın Baş Qərargahlar rəisi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olub

Bakı. 16 fevral. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun fevralın 16-da Bakıda görüşü olub.

"Report" xəbər verir ki, görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

General Cozef Danford və ordu generalı Valeri Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi