Bakı Təşəbbüs Qrupunun icraçı direktoru: Dəstəyimiz Korsika və Yeni Kaledoniyada neokolonializmlə mübarizə aparanları ruhlandırır

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru: Dəstəyimiz Korsika və Yeni Kaledoniyada neokolonializmlə mübarizə aparanları ruhlandırır Azərbaycan bayrağı Yeni Koledoniyada aksiyalarda qaldırılır.
Xarici siyasət
2 May , 2024 16:49
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru: Dəstəyimiz Korsika və Yeni Kaledoniyada neokolonializmlə mübarizə aparanları ruhlandırır

Azərbaycan bayrağı Yeni Kaledoniyada aksiyalarda qaldırılır.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov mətbuat konfransında deyib.

O bildirib ki, BTQ Korsika, Yeni Kaledoniyanlın Fransanın digər müstəmləklərinin ədalətli mübarizəsini dəstəkləyir:

“Azərbaycan bayrağı Yeni Kaledoniyada aksiyalarda qaldırılır. Azərbaycan Prezidentinin dekolonizasiya prosesinə mühüm töhfəsi, kolonializmə qarşı mübarizədə göstərdiyi qəti mövqe və beynəlxalq təşkilatlarda bu məsələni dəfələrlə səsləndirməsi onlara dəstəkdir. Bununla da onlar bizim ölkəmizə və liderimizə olan rəğbətini dinc etraz aksiyalarında Azərbaycan bayrağını dalğalandıraq göstərirlər”.

Son xəbərlər

Orphus sistemi