TDT üzv ölkələrdə ailənin qorunması və gücləndirilməsinə çalışacaq

TDT üzv ölkələrdə ailənin qorunması və gücləndirilməsinə çalışacaq Türkdilli dövlətlər arasında ailənin qorunması və gücləndirilməsinə dair əməkdaşlığın inkişafı nəzərdə tutulub.
Xarici siyasət
17 may 2024 06:39
TDT üzv ölkələrdə ailənin qorunması və gücləndirilməsinə çalışacaq

Türkdilli dövlətlər arasında ailənin qorunması və gücləndirilməsinə dair əməkdaşlığın inkişafı nəzərdə tutulub.

“Report” “Star”a istinadən xəbər verir ki, bu gün Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ölkələrinin sosial siyasət nazirlərinin birinci görüşündə bu barədə fikir mübadiləsinin aparılması gözlənilir.

Həmçinin qeyd olunub ki, Türkiyə ilə Özbəkistan arasında “Sosial xidmətlər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bildirilib ki, tədbir çərçivəsində Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın Azərbaycanın Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər həmkarları ilə görüşü planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi