Yuxarı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialı Maslennitsa bayramını təşkil edib

Tədbirə Drezden şəhərinin rəhbərliyi də qatılıb

Bakı. 15 mart. REPORT.AZ/ Almaniyanın Saksoniya vilayətinin paytaxtı Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının və Kolibri Uşaq Mərkəzinin birgə təşkilatçılığı ilə Maslennitsa bayramı keçirilib.

Bu barədə "Report"a BBMM-in mətbuat xidmətindən bildirilib.

Tədbirdə Drezden şəhərinin rəhbərliyi, müxtəlif xalqlardan olan yerli sakinləri, şəhər ziyalıları, universitetlərin müəllim və tələbələri, gimnaziya şagirdləri, KİV nümayəndələri, eyni zamanda Saksoniyanın digər şəhərlərindən gələn qonaqlar iştirak edib.

Tədbir çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının rəhbəri, almaniyalı alim dr. Bircit Vaysgerber, filialın müşaviri Ağa Hüseyn Babayevin BBMM-in xaricdəki ilk filialı ilə bağlı təqdimatı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qonaqlara Kolibri uşaq musiqi qrupu tərəfindən hazırlanmış musiqili, bədii-əyləncəli proqram təqdim olunub. Həmçinin qonaqlar “ən dadlı fəsəli“ hazırlamaq müsabiqəsində də iştirak ediblər. Qaliblərə hədiyyələr verilib, iştirakçılar ənənəvi Slavyan şirniyyatına qonaq edilib.

Qeyd edək ki, Maslennitsa Rusiyada 10-cu əsrdə xristianlıq qəbul edilməsindən sonra da saxlanılan slavyandilli xalqların ən qədim bayramlarından biridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi