Azərbaycanla ATƏT arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanla ATƏT arasında anlaşma memorandumu imzalanıb Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in baş katibi ilə görüşüb
Xarici siyasət
25 Sentyabr , 2014 12:06
Azərbaycanla ATƏT arasında anlaşma memorandumu imzalanıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.

Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Habelə, tərəflər ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisinin ofisi və sözügedən ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıb.

Görüşün sonunda “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Son xəbərlər

Orphus sistemi