Azərbaycan XİN-i Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib

Azərbaycan XİN-i Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Abxaziya prezident seçkilərinin nəticələrini tanımır
Xarici siyasət
25 Avqust , 2014 10:55
Azərbaycan XİN-i Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a bildirilib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 24 avqust 2014-cü il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.

Qeyd edək ki, qondarma prezident seçkilərdə Abxaziyanın müxalifət lideri Raul Hacımba öz qalibiyyətini elan edib.

Son xəbərlər

Orphus sistemi