Yuxarı

Azərbaycanın ABŞ-dakı səfirliyində "Şərq-Qərb nəqliyyat dəhlizi" mövzusunda dəyirmi masa keçirilib

Riçard Houqland region ölkələrini ticarət dəhlizi kimi öz potensialını genişləndirmək üçün sıx əməkdaşlıq etməyə çağırıb

Bakı. 11 fevral. REPORT.AZ/ "Biz Mərkəzi Asiya və Qafqaz ölkələrinin Xəzər dənizi və Türkiyə üzərindən Avropaya ticarət yollarının diversifikasiyası üzrə həyata keçirdikləri fəaliyyəti yaxşı dərk edirik". "Report" ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi köməkçisinin birinci müavini Riçard Houqland Azərbaycanın ABŞ-dakı səfirliyində "Şərq-Qərb nəqliyyat dəhlizi" mövzusunda  keçirilən dəyirmi masadakı çıxışı zamanı bildirib.  

R.Houqland region ölkələrini ticarət dəhlizi kimi öz potensialını genişləndirmək üçün sıx əməkdaşlıq etməyə çağırıb. "Biz Qazaxıstan və Türkmənistanda limanların tikildiyini və genişləndirildiyini görürük, həmin işlər Azərbaycanda da aparılır. Qazaxıstan və Türkmənistanı birləşdirən yeni dəmir yolu xətləri Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə eyni vaxtda reallaşmağa başlayıb", - Hoqland qeyd edib. 

Mərkəzi Asiya və Rusiya münasibətləri ilə bağlı məsələyə toxunan Riçard Houqland bildirib ki, "Rusiyanın hələ də regionda vacib iqtisadi faktor olaraq mövcudluğuna baxmayaraq, Mərkəzi Asiya ölkələri özlərinin gələcək iqtisadi münasibətlərini necə həyata keçirəcəkləri, ticarət əlaqələrini genişləndirmək və qlobal bazarlara inteqrasiyanı hansı şəkildə dərinləşdirəcəkləri haqqında qərara gəlməlidirlər". "Avrasiya İqtisadi Birliyinin genişlənməsi region ölkələrinin mövcud beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinin, o cümlədən Dünya Ticarət Təşkilatı ilə razılaşmaların yerinə yetirilməsinə mənfi təsir göstərməməlidir. Bu digər ikitərəfli və ya çoxtərəfli ticarət münasibətlərin qurulması ilə bağlı imkanları da məhdudlaşdırmamalıdır", - R.Houqland vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi