Azərbaycanlı yanğınsöndürənlər Gürcüstanda yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər

Azərbaycanlı yanğınsöndürənlər Gürcüstanda yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər FHN hadisə rayonunda çadırlar qurub və səyyar mətbəx quraşdırıb
Xarici siyasət
25 Avqust , 2017 17:08
Azərbaycanlı yanğınsöndürənlər Gürcüstanda yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər
Report

Bakı. 25 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstana cəlb edilmiş qüvvələri onlara həvalə edilən mürəkkəb relyefə malik ərazilərdəki digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatlarını davam etdirirlər.

Bu barədə “Report” FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN hadisə rayonuna ezam edilmiş yanğınsöndürmə-xilasetmə dəstəsinin operativ və səmərəli fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsindən ötrü səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlar qurub və səyyar mətbəx quraşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.

Son xəbərlər

Orphus sistemi