Azərbaycanlı tələbələr Moldovada nümayiş keçiriblər

Azərbaycanlı tələbələr Moldovada nümayiş keçiriblər Aksiya iki saat davam edib
Xarici siyasət
11 Aprel , 2016 19:01
Azərbaycanlı tələbələr Moldovada nümayiş keçiriblər

Bakı. 11 aprel. REPORT.AZ/ Moldova Respublikasında təhsil alan azərbaycanlı tələbələr “Azərbaycan əsgərinə dəstək” kampaniyası adı altında, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Stop Armenian Aggression”, “Просим Международные организации остановить Армянскую оккупацию территорий Азербайджана”, “Erməni zorakılığına son”, “İşğala son”, “Qarabağ Azərbaycanındır” və s. şüarlarla ilk öncə Kişineu şəhərinin mərkəzində yerləşən “Ştefan çel Mare” parkında, daha sonra isə Ermənistanın fəxri konsulluğu önündə nümayiş keçiriblər.

Bu barədə “Report”a Azərbaycanın Moldovadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nümayişdə azərbaycanlı tələbələrə dəstək naminə türkiyəli, moldovalı tələbələr və Moldova Respublikasında yaşayan azərbaycanlılar da qatılıblar.

Aksiya iki saat davam edib.