Səfir: "Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələrilə yaxından maraqlanırlar"

Səfir: "Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələrilə yaxından maraqlanırlar" Elman Abdullayev: "Efiopiyada hökm sürən davamlı sülh xarici investorlar üçün əsas cəlbedici amildir"
Xarici siyasət
17 Oktyabr , 2015 13:07
Səfir: Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələrilə yaxından maraqlanırlar

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələrilə yaxından maraqlanırlar". "Report" xəbər verir ki, bunu Efiopiya "Xəbər" Agentliyinə açıqlamasında Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bildirib.

O, ölkədəki fəaliyyətin əsas sahələrini müəyyənləşdirmək üçün azərbaycanlı iş adamlarının Efiopiya dövlət qurumları ilə danışıqlar apardığını qeyd edib. E.Abdullayev kənd təsərrüfatı, emal, aqro-emal, ticarət, turizm, təhsil və digər sahələrdə əlverişli şəraitin mövcudluğunu vurğulayıb.

Səfir ticarət və investisiya əlaqələrinin nəticə etibarilə iki ölkə arasında diplomatik münasibətlərin genişlənməsinə gətirib çıxaracağını bildirib.

E.Abdullayev Efiopiyanın regionda aparıcı rolu, onun coğrafi mövqeyi, təbiəti, xarici investisiyaların hökumət tərəfindən təşviq edilməsi və ölkədə hökm sürən davamlı sülhün xarici investorlar üçün əsas cəlbedici amillər olduğunu deyib. 

Son xəbərlər

Orphus sistemi