Strasburq. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanlı deputat Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında mədəni irsin məhv edilməsi və qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin may ayından etibarən ratifikasiyasına start verilmiş Konvensiyanın əhəmiyyətinə toxunub.
"Report"un Fransa bürosu xəbər verir ki, Cexiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Zoaralek Lubomir azərbaycanlı deputata tamamilə haqlı olduğunu, "Qeyri-maddi mədəni irslərə qarşı cinayətkarlıq" konvensiyasının münaqişələrin, terror aktlarının durmadan baş verməsi səbəbindən böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Nazir qeyd edib ki, artıq Avropa Şurasına üzv olan 8 ölkə bu konvensiyanı imzalayıb və digər dövlətlərin onu ratifikasiya etmələri üçün deputatları dövlət səviyyəsində müvafiq tədbirlər görməyə dəvət edib.
Vüsalə İsmətqızı


