Latviya XİN: "Azərbaycanla yeni çərçivə sazişi haqqında razılaşma əldə etmək lazımdır"

Latviya XİN: "Azərbaycanla yeni çərçivə sazişi haqqında razılaşma əldə etmək lazımdır" Latviya xarici siyasət idarəsinin başçısı bildirib ki, Azərbaycan mühüm tərəfdaşdır
Xarici siyasət
26 Yanvar , 2016 22:38
Latviya XİN: Azərbaycanla yeni çərçivə sazişi haqqında razılaşma əldə etmək lazımdır

Bakı. 26 yanvar. REPORT.AZ/ Latviya Seymində illik xarici siyasət debatları keçirilib. Bu ənənənin bünövrəsi 5 il əvvəl qoyulub.

İllik debatlarda baş nazir, Seymin spikeri, deputatlar, hökumət üzvləri, ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər. Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov debatlarda iştirak edib.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs çıxışında qeyd edib ki, Latviyanın Avropa İttifaqı Şurasında ilk sədrliyi ölkənin Avropanın gündəlikdə duran məsələləri ilə məşğul olmaq və 28 ölkə arasında optimal ortaq məxrəc tapmaq bacarığını təsdiqlədi. Latviya, sədrliyinin ilk günlərindən bir sıra mühüm məsələləri həll etməli idi. Bunlardan biri Avropa İttifaqının daxili təhlükəsizliyinin möhkəmləndirilməsi işini əlaqələndirmək və problemin yeni həlli yollarını tapmaq idi. Daxili təhlükəsizlik problemi Parisdə və Kopenhagendə faciəli hadisələrdən sonra terror hədəsinin artması nəticəsində aktual olmuşdu. Latviya, həmçinin bütün iştirakçı dövlətlərin Şərq tərəfdaşlığının gələcək perspektivləri ilə bağlı ümumi mövqeyini hazırlamalı, həm cənub, həm də şərq qonşularının eyni səviyyədə dəstəklənməsi siyasətinə tarazlı yanaşma yolunu tapmalı idi.

Latviya xarici siyasət idarəsinin başçısı Şərq tərəfdaşlığı siyasətinin həyata keçirilməsi mövzusunu davam etdirərək bildirib ki, Azərbaycan mühüm tərəfdaşdır. Azərbaycanla yeni çərçivə sazişi haqqında razılaşma əldə etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi