Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Dövlət Komissiyasının tərkibinə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri sözləri də əlavə edilib.
Xarici İşlər Nazirliyi Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Yaponiya tərəfinə müvafiq bildiriş göndərməlidir.
Qeyd edək ki, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Feyruz oğlu Ələsgərovdur.