Yuxarı

​Azərbaycanla Tacikistan arasında Düşənbə-Bakı-Düşənbə reysinin bərpası məsələsi müzakirə edilib

Səfir Abbasəli Həsənov Tacikistanın nəqliyyat naziri ilə görüşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Tacikistanın nəqliyyat naziri Şerali Qancalzodə ilə Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, A.Həsənov yeni təyinat münasibətilə naziri öz adından və azərbaycanlı həmkarı Ziya Məmmədovun adından təbrik edib, ona işlərində uğurlar arzulayıb.

Görüşün əsas mövzusu Düşənbə-Bakı-Düşənbə reysinin bərpa edilməsi məsələsi olub. Tərəflər bu sahədə danışıqların müsbət istiqamətdə getdiyini məmnunluqla bildiriblər və reysin rentabelli olması üçün fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanla Tacikistan arasında imzalanmış 30-dan çox sənədin əsaslı hüquqi baza yaratdığı qeyd edilib. Bu sənədlərin reallaşması üçün birbaşa hava reysinin bərbasının vacibliyi bir daha vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi