Ötən il Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri əsas istiqamətlərin hamısında davamlı inkişaf edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya
Rusiya XİN-in rəsmi saytında yerləşdirilən cavaba görə, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti
Rusiyanın Azərbaycan üçün başlıca ticarət tərəfdaşlarından biri olduğu qeyd edilən məlumata görə, ötən ilin yanvar – oktyabr aylarında ikitərəfli ticarət dövriyyəsinin 2,5 milyard ABŞ dolları, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olduğu göstərilir.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxmasına yönələn 5 yol xəritəsi uğurla həyata keçirilir. Həmçinin innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair əlavə yol xəritəsinin hazırlanmasına aidiyyəti qurumlar tərəfindən başlanılıb. Hazırda Azərbaycanda 950 birgə müəssisə fəaliyyət göstərir. Rusiyanın Azərbaycandakı sərmayələri 4,5 milyard dollar, Azərbaycanın da Rusiyadakı sərmayələri 1,5 milyard dollar təşkil edir. Bakı ilə beynəlxalq platformlarda da səmərəli əməkdaşlığımız var”, - Rusiya XİN-in açıqlamasında bildirilir.