Azərbaycanla İran arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanla İran arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Naser Serac rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb
Xarici siyasət
6 İyun , 2017 16:40
Azərbaycanla İran arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclası çərçivəsində Azərbaycanın baş prokuroru Zakir Qaralov İranın nümayəndə heyətinin rəhbəri, Baş Təftiş Təşkilatının sədri Naser Serac ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Z.Qaralov Azərbaycan Prezidenti lham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkənin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdıraraq qonaqlara ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən hərtərəfli islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasının yüksək səviyyədə təşkil edildiyini bildirən Naser Serac iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, müsbət iş təcrübəsi və məlumat mübadiləsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Qonaq rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə hüquq mühafizə və ədliyyə orqanları arasında yaranmış işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri, terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan və İranın hüquq mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

Son xəbərlər

Orphus sistemi