Yuxarı

​Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq

Sənədin Tbilisidə imzalanması gözlənilir

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanla Gürcüstan arasında siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, tranzit, mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq.

"Report" Gürcüstan prezidentinin saytına istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı imzalanacaq.

Xəbərdə bildirlib ki, prezidentlərin təkbətək və genişləndirlimiş formatda görüşü olacaq.

Məlumata görə, səfər zamanı Azərbaycan və Gürcüstan prezidentlərinin KİV qarşısında birgə bəyanatla çıxış edəcəkləri nəzərdə tutulub.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın baş naziri, parlamentin sədri və patriarx II İlya ilə görüşəcəyi də gözlənilir.

Xəbərdə bildirilib ki, Azərbaycan Prezidentinin Marneulidəki azərbaycanlılarla görüşü də gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə yola düşəcək. 

Səfər noyabrın 6-da başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi