Azərbaycanla Britaniya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə xüsusi xalça hazırlanıb

Xarici siyasət
  • 27 may, 2022
  • 13:08
Azərbaycanla Britaniya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə xüsusi xalça hazırlanıb

Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə xüsusi xalça hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

“Diplomatik əlaqələrimizin 30 illiyi üçün hazırlanmış xüsusi xalça iyunun 1-dək nümayiş olunacaq”, - o qeyd edib.