Azərbaycanla ABŞ arasında təhsil, biznes və ticarət əməkdaşlığı müzakirə olunub

Azərbaycanla ABŞ arasında təhsil, biznes və ticarət əməkdaşlığı müzakirə olunub Amerika Birləşmiş Ştatlarının Yuta ştatının vitse-qubernatoru Deydre Henderson Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahimlə görüşündə təhsil, biznes və ticarət sahələrində əməkdaşlığı müzakirə edib.
Xarici siyasət
19 yanvar 2023 23:26
Azərbaycanla ABŞ arasında təhsil, biznes və ticarət əməkdaşlığı müzakirə olunub

Amerika Birləşmiş Ştatlarının Yuta ştatının vitse-qubernatoru Deydre Henderson Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahimlə görüşündə təhsil, biznes və ticarət sahələrində əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə D.Henderson tviter hesabında yazıb.

D.Henderson qeyd edib ki, bu, X.İbrahimlə ilk görüş olub: “Onun ilk səfəri zamanı biz təhsil, biznes və ticarət sahələrində əməkdaşlıq üçün bir çox imkanları müzakirə etdik”.

Azərbaycanlı siplomat D.Hendersona mehriban qəbula və qonaqpərvərliyə görə təşəkkür edib. Səfir qeyd edib ki, bu əlverişli imkanlardan Azərbaycan və ABŞ-ın Yuta ştatı arasındakı əlaqələri gücləndirmək, genişləndirmək və dərinləşdirmək üçün istifadə edəcəklər.

Son xəbərlər

Orphus sistemi