Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın Əlcəzairdəki və eyni zamanda Tunisdəki səfiri Mahir Məmmədov Tunis prezidenti Beci Kaid Essebsiyə etimadnaməsini təqdim edib.
"Report" xəbər verir ki, mərasimdən sonra səfir prezidentlə söhbət edib.
Söhbət zamanı səfir Azərbaycanla Tunis arasında əlaqələrin inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini deyib və ikitərəfli iqtisadi əlaqələrin inkişafı potensialını nəzərdən keçirib.