Yuxarı

​Azərbaycanın yeni səfiri etimadnaməsini İran prezidentinə təqdim edib

Görüşdə Azərbaycan-İran əlaqələrinin genişləndirilməsində hər iki ölkənin siyasi iradəyə malik olduğu vurğulanıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın İran İslam Respublikasında yeni təyin edilmiş səfiri Bünyad Hüseynov etimadnaməsini bu ölkənin prezidenti Həsən Ruhaniyə təqdim edib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinin genişləndirilməsində hər iki ölkənin siyasi iradəyə malik olduğu vurğulanıb.

İran prezidenti deyib ki, Tehran-Bakı əlaqələrinin genişləndirilməsi üçün hər iki ölkə ciddi iradəyə malikdir.

Səfir Bünyad Hüseynov isə görüşdə iki ölkə əlaqələrinin dostluq və əməkdaşlıq əsasında qurulduğunu qeyd edərək, Tehran-Bakı əlaqələrinin inkişafının hər iki ölkə xalqlarının xeyrinə olacağını söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi