Azərbaycanın XİN başçısının müavini: “Səfirlik əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur”

Azərbaycanın XİN başçısının müavini: “Səfirlik əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur” “Hər hansı ölkədə diplomatik fəaliyyəti dayandırmaq məsuliyyətli qərardır. Amma səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İran tərəfinə ümidimiz, etibarımız yoxdur. Biz bunu İran tərəfinin də diqqətinə çatdırmışıq”.
Xarici siyasət
29 Yanvar , 2023 22:42
Azərbaycanın XİN başçısının müavini: “Səfirlik əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur”

“Hər hansı ölkədə diplomatik fəaliyyəti dayandırmaq məsuliyyətli qərardır. Amma səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İran tərəfinə ümidimiz, etibarımız yoxdur".

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Biz bunu İran tərəfinin də diqqətinə çatdırmışıq. Nə üçün bunu deyirik? Çünki dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var”, - X.Xələfov deyib.

Son xəbərlər

Orphus sistemi