Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib
Xarici siyasət
6 İyun , 2023 17:06
Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid məsələlərlə bağlı səmərəli müzakirələr aparılıb”, - paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi