Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN başçısı Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

    Görüşdə Azərbaycanla Aİ arasında siyasi, iqtisadi, enerji, və insan hüquqları sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

    Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

    XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və insan hüquqları sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

    Stavros Lambrinidis Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinin və ölkənin Fransada törədilmiş terror hadisələrinə münasibətinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi