Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 13-də keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Strasburqa yola düşüb. XİN-dən "Report"a verilən məlumata görə, iclasda nazir Elmar Məmmədyarov çıxış edəcək. O, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək və Azərbaycanın altı aylıq sədrlik müddətinin başa çatması ilə əlaqədar sədrliyi Belçikaya təhvil verəcək.
Azərbaycanın xarici işlər naziri Strasburqa yola düşüb
Xarici siyasət
12 Noyabr , 2014
17:16


Son xəbərlər
