Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına zəng edib

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına zəng edib 28 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna zəng vurub.
Xarici siyasət
28 May , 2023 22:34
Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına zəng edib

28 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna zəng vurub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının səs çoxluğu ilə qətiyyətli qələbəsi münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb.

Azərbaycanla qardaş Türkiyə arasında strateji müttəfiqliyimizin daha da möhkəmlənəcəyinə, ikitərəfli və regional çərçivədə hərtərəfli əlaqələrimizin genişlənəcəyinə əminlik ifadə olunub.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi