Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın xarici işlər naziri Qazaxıstana səfər edəcək

    Elmar Məmmədyarov Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası XİN rəhbərlərinin iclasında iştirak edəcək

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək.

    "Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, E.Məmmədyarov sentyabrın 10-da Qazaxıstanda baş tutacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

    Şuranın iclasında 24 saat ərzində yayımlanacaq türkdilli ölkələrin müştərək telekanalının yaradılması məsələsi müzakirə olunacaq.

    Azərbaycan xarici işlər nazirinin Astanada bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

    Xatırladaq ki, sentyabrın 11-də Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası dövlət başçılarının sammiti keçiriləcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi