Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov martın 13-14-də Çin Xalq Respublikasına işgüzar səfər edəcək.
Nazirliyin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşlər keçirəcək və Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair Memorandumu imzalayacaq.