Yuxarı

Maya Pancikidze: "Azərbaycanın və Türkiyənin iştirakı ilə çəkilən qaz kəmərlərinin Gürcüstan üçün böyük əhəmiyyəti var"

Bu ölkələrin əlaqələrinin inkişaf təməli iqtisadiyyatla qoyulub

Tbilisi. 12 sentyabr. REPORT.AZ/ “Gürcüstan Azərbaycan və Türkiyə ilə fəal strateji əməkdaşlıq edir. Bu əməkdaşlığın hər üç ölkədə mövcud olan problemlərlə heç bir əlaqəsi yoxdur”.

“Report”-un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq xarici işlər naziri Maya Pancikidze “Yaxın çağırışlar: NATO Uelsdən Varşavayadək və irəli” mövzusunda Tbilisidə keçirilən konfransda deyib.

M.Pancikidze deyib: “Ölkələrimizin inkişafı üçün iqtisadiyyat başlıca amildir. Bu ölkələrin əlaqələrinin inkişaf təməli iqtisadiyyatla qoyulub. Hələ Eduard Şevardnadze və Heydər Əliyevin dövründə iqtisadi əlaqələrimiz başlayıb və münasibətlərimiz bu gün də çox yaxşı inkişaf edir”.

Sabiq nazirin sözlərinə görə, Azərbaycanın və Türkiyənin iştirakı ilə çəkilən qaz kəmərləri Gürcüstan üçün çox böyük əhəmiyyəti var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi