Yuxarı
    Bağlamaq

    Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyi erməni icmasının təxribatına cavab verib

    Bununla əlaqədar Uruqvay KİV-lərində Azərbaycanın mövqeyini əks etdirən məqalələr dərc olunub

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Uruqvayın "La Republica" qəzetinin və Uruqvay Xəbərlər Agentliyinin (UYPRESS) portallarında erməni icmasının təxribatına cavab verilib.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, həmin KİV-lərdə bu ilin 2 sentyabr tarixində Montevideoda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin "25-ci müstəqillik günü" ilə bağlı keçirilən "Dağlıq Qarabağ Forumu" adlı tədbirlə əlaqədar Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizlə bağlı qərəzli və təhrif edilən məlumatlara əsaslan dərc olunmuş məqalələrə cavab olaraq həmin portallarda Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyin təşəbbüsü ilə ölkəmizin mövqeyini əks etdirən "Ermənistan Azərbaycan ərazilərini işğal edir" və "Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir" adlı məqalələr dərc edilib.

    Həmin məqalələrdə Xarici İşlər Nazirliyinin 30 avqust 2016-cı il tarixli bəyanatına uyğun olaraq, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi rayon da daxil olmaqla Azərbaycanın 20% ərazisini işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirərək bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirməsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə danışılıb.

    Habelə Uruqvay erməni icmasının keçirdiyi "Dağlıq Qarabağ Forumu" adlı tədbirin təxribatçı məqsədlərlə təşkil edildiyi, bu tədbirin münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirdiyi, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermədiyi, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət etdiyi bildirilib.

    Məqalələrə, habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərini göstərən xəritə də əlavə edilib.

    Qeyd olunan yazılarla həmin qəzetlərin internet səhifəsindən tanış olmaq mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi