Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif olunmuş formada paylaşılmasına dair açıqlama yayıb.
"Səfir Elmira Axundova aparıcı Şusterin “Türkiyə Azərbaycanın hazırda əsas müttəfiqidir və beləliklə də, Türkiyə ən azı Zaqafqaziyada ciddi faktordur, belədirmi?” sualına “Yəgin ki, belədir... Türkiyə Rusiya ilə birlikdə mütləq bu münaqişənin həllinin nizamlanmasında iştirak edəcəkdir, buna da heç də təəcüblənmək lazım deyil. Çünki Türkiyə 1991-ci ildən ölkəmizin ən yaxın müttəfiqidir... həmişə bizə dəstək olub. Biz qardaş dövlət və qardaş xalqlarıq...” fikirlərini söyləyib. Səfir E.Axundova çıxışını “hansısa Türkiyə bizə kömək etməyib” kimi yox, məhz “heç də nə Rusiya, nə Türkiyə! Biz özümüz bunu etdik – bizim əsgərlərimiz, bizim zabitlərimiz!” ifadəsi ilə yekunlaşdırıb", - məlumatda bildirilir.
Səfirlikdən "Report"a verilən məlumata görə, E.Axundovanın Şusterin 13 noyabr tarixli bu verilişindəki nitqinin tam videosu səfirliyin
"Onu da qeyd etmək istərdik ki, bu verilişə səfir E.Axundova ilə eyni zamanda Ermənistanın Ukraynadakı səfiri də dəvət olunmuş, nəticədə isə erməni səfiri bunun “yaxşı ideya” olmadığını veriliş təşkilatçılarına bildirərək qəti şəkildə çıxış etməkdən imtina edib.
Qeyd edək ki, səfir E.Axundova Ukraynaya təyinatının ilk günlərindən məhz Türkiyə səfirliyi ilə sıx və isti münasibətlər qurmuşdur. Belə ki, səfirliyimizin təşəbbüsü ilə Türkiyə Respublikasının qurucusu, dahi Atatürkün 10 Noyabr - Anma Günündə Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun yaratdığı büst-əsərin hədiyyə şəklində
Eləcə də səfirliyimizin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyimiz Günü münasibətilə Kiyev şəhərinin mərkəzində yerləşən nüfuzlu UNİAN informasiya agentliyində Azərbaycan və Türkiyə səfirlərinin
8 Noyabr tarixində Şuşa şəhərimizin işğaldan azad olunması ilə bağlı Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqına müraciəti zamanı zəfər dolu nitqində səsləndirdiyi “Bizim torpaqlarımızı yalnız Azərbaycan əsgərləri, Azərbaycan zabitləri azad edirlər. Məhz əsgərlər, müdafiəyə sinəsi ilə dayanmış, heçnədən qorxmayaraq, əllərində bayraq, əllərində silahla düşməni qovurlar və məhv edirlər. Bizim əsgərlərimizə eşq olsun!” bəyanatını səfir E.Axundova uyğun şəkildə Ukraynanın geniş tamaşaçı auditoriyasına növbəti efir vaxtlarında dəfələrlə çatdırıb", - səfirliyin açıqlamasında bildirilir.